...

Azərbaycanda əsgərlərə işgəncə verməkdə ittiham olunan hərbi qulluqçuların məhkəməsi başlayıb

Cəmiyyət Materials 27 Aprel 2010 14:38 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Fövqəladə Hallar Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçuları - Pərviz Mehdiyev, Vaqif Kazımov, Rəfael Kərimov və Rəşad Zeynalovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Azərbaycanda əsgərlərə işgəncə verməkdə ittiham olunan hərbi qulluqçuların məhkəməsi başlayıb

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir H.Bağırov/

Azərbaycanda əsgərlərə işgəncə verməkdə ittiham olunan bir qrup hərbi qulluqçunun məhkəməsi başlayıb.

Trend-in məlumatına görə, bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Fövqəladə Hallar Nazirliyinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçuları - Pərviz Mehdiyev, Vaqif Kazımov, Rəfael Kərimov və Rəşad Zeynalovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Məhkəmə baxışı mayın 6-na təyin edilib.

Təqsirləndirilən şəxslər xidmət etdikləri hərbi hissədə əsgər yoldaşlarına qarşı nizamnamədənkənar hərəkət edərək, onları təhqir edib, döyüb və işgəncə veriblər.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə (331.3), bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə (332.2.3), soyğunçuluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə (180.2.1), soyğunçuluq təkrar törədildikdə (180.2.2), insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə (180.2.4), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, zor tətbiq etmə ilə hədə-qorxu gəlmə (182.2.1, 182.2.2, 182.2.3), hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə - bir qrup şəxs tərəfindən törədildikdə (341.2.1) maddələri ilə ittiham edilirlər.

Xəbər lenti

Xəbər lenti