...

Azərbaycan məhkəməsi azərbaycanlı avtoritetin həbsi ilə bağlı prokurorluğun protestini təmin etməyib

Cəmiyyət Materials 27 Aprel 2010 15:30 (UTC +04:00)
Trend-in məlumatına görə, bu gün Şirvan Apelyasiya Məhkəməsində Rusiyada iki nəfəri qətlə yetirməkdə, bir nəfərə isə ağır bədən xəsarəti yetirməkdə ittiham olunan kriminal avtoritet Natiq Həsənağa oğlu Hüseynlinin barəsində çıxarılmış hökmdən verilən apelyasiya protesti üzrə qərar elan edilib.
Azərbaycan məhkəməsi azərbaycanlı avtoritetin həbsi ilə bağlı prokurorluğun protestini təmin etməyib

Azərbaycan, Bakı, 27 aprel /Trend, müxbir H.Bağırov/

Azərbaycan məhkəməsi Bakı şəhər Prokurorluğunun Rusiyada iki nəfəri öldürməkdə ittiham olunan azərbaycanlı avtoritetin cəzasının ağırlaşdırılması ilə bağlı apelyasiya protestini təmin etməyib.

Trend-in məlumatına görə, bu gün Şirvan Apelyasiya Məhkəməsində Rusiyada iki nəfəri qətlə yetirməkdə, bir nəfərə isə ağır bədən xəsarəti yetirməkdə ittiham olunan kriminal avtoritet Natiq Həsənağa oğlu Hüseynlinin barəsində çıxarılmış hökmdən verilən apelyasiya protesti üzrə qərar elan edilib.

Qərara görə, Bakı şəhər Prokurorluğunun apelyasiya protesti təmin edilməyib və Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü qüvvədə saxlanılıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə cinayətin Hüseynli tərəfindən törədilməsinin sübuta yetirilmədiyini əsas gətirərək onun barəsindəki cinayət işinə xitam verib və avtoriteti məhkəmə zalından azad edib.

Kriminal aləmdə "Kvaldo" ləqəbi ilə tanınan Hüseynli Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adamöldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldəetmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunmuşdu.

Məhkəmə prosesində ifadə verən təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib və ifadəsində qeyd edib ki, baş vermiş cinayət hadisəsindən xəbəri olmayıb. Onun sözlərinə görə, ibtidai istintaq zamanı hadisəni könüllü boynuna alıb.

Prosesdə ifadə verən 11 şahid də cinayətin Hüseynli tərəfindən törədilmədiyini deyib.

Natiq Hüseynli 1995-ci ildə soyğunçuluq etdiyinə görə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həbsdən çıxandan sonra alver etmək məqsədi ilə Rusiyaya yollanıb. 2002-ci ildə Rusiyada zorlama ittihamına görə 5 il azadlığın məhdudlaşdırılması cəzası alıb. Həmin cəzanı çəkdiyi zaman Natiq Azərbaycan vətəndaşları Rövşən və Ramiz Cavadovlarla cinayət əlaqəsinə girərək, 2002-ci ilin sonlarında Rusiyanın Novokuznetsk şəhərində iki Rusiya vətəndaşını qətlə yetirib və Azərbaycana gələrək burada gizlənib. Onun dəstəsinin üzvləri - Rövşən və Ramiz Cavadovlar 2004-cü ildə avtomobil qəzasında ölüblər. Natiq Hüseynlini isə Azərbaycan hüquq-mühafizə orqanlarının əməkdaşları tutublar.

Xəbər lenti

Xəbər lenti