Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir M.Əliyev/
Ucar rayonunda "məktəb avtobusu" layihəsi həyata keçiriləcək. Bu barədə çərşənbə günü təhsil naziri Misir Mərdanov jurnalistlərə məlumat verib.
Onun sözlərinə görə, bu layihə Dünya Bankının dəstəyilə həyata keçirilir və Ucar rayonu pilot kimi seçilib. "Ola bilsin ki, bu ilin sonunadək layihəni həyata keçirə bilməyək, lakin proqrama başlasaq, Ukraynanın avtobus istehsalı zavodunu da tenderə cəlb edəcəyik", - nazir bildirib.
Ukraynanın Azərbaycandakı keçmiş səfiri Borus Klimçuk apreldə jurnalistlərə bildirib ki, Azərbaycanın Təhsil Nazirliyi Ukraynadan "Boqdan" markalı avtobusların gətirilməsi məsələsini müzakirə edir.
"Hesab edirik ki, qabaqcıl standartlara uyğun yeni avtobuslar ("Boqdan") rəqabət şəraitindəa öz yerini tuta biləcək", - Klimçuk deyib.