...

Azərbaycanlı gürcülər Gürcüstanın ali məktəblərinə vahid qəbul imtahanları vermədən keçəcəklər

Cəmiyyət Materials 5 May 2010 11:28 (UTC +04:00)
Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin ali məktəblərinə vahid qəbul imtahanları vermədən keçəcəklər. Bu barədə mədəniyyət naziri Nika Rurua Dövlət Teatr və Kino Universitetinin rektoru Georgi Marqvelaşvili ilə birgə Azərbaycanın Qax rayonunda gələcək tələbələrlə keçirdiyi görüş zamanı bildirib.
Azərbaycanlı gürcülər Gürcüstanın ali məktəblərinə vahid qəbul imtahanları vermədən keçəcəklər

Azərbaycanlı gürcülər Gürcüstanın ali məktəblərinə vahid qəbul imtahanları vermədən keçəcəklər

Gürcüstan, Tbilisi, 5 may /Trend, müxbir N. Kirsxaliya/

Gürcüstanda yaşayan azərbaycanlılar bu ölkənin ali məktəblərinə vahid qəbul imtahanları vermədən keçəcəklər. Bu barədə mədəniyyət naziri Nika Rurua Dövlət Teatr və Kino Universitetinin rektoru Georgi Marqvelaşvili ilə birgə Azərbaycanın Qax rayonunda gələcək tələbələrlə keçirdiyi görüş zamanı bildirib.

Mədəniyyət Nazirliyindən jurnalistlərə verilən məlumata görə, idarənin təşəbbüsü ilə Teatr və Kino Universitetində Saingilodan (azərbaycanlı gürcülərin yaşadıqları ərazilərin gürcücə adı) olan xüsusi qrupla konsultativ görüşlər başlayıb.

"Xarici dövlətlərin vətəndaşları kimi, abituriyentlər vahid milli imtahan verməyəcəklər və onlar universitetin daxili turlarını uğurla keçdikdən sonra ali məktəbə qəbul olunacaqlar. Və biz bunu ona görə edirik ki, bu tələbələr ali məktəbi bitirdikdən sonra Azərbaycana qayıtsınlar və orada gürcü teatrının ənənələrini davam etdirsinlər", - nazir deyib.

Gürcüstanda yaşayan 10 azərbaycanlı dörd il ərzində dram rejissorluğu və aktyor sənətini öyrənəcək, kukla teatrının tədris proqramını keçəcək. Bundan başqa, universitetə daxil olmaq üçün xoreoqraflar da hazırlanır.

Xəbər lenti

Xəbər lenti