...

Avropa Şurası Azərbaycanda həbsxana islahatlarına dəstək layihəsi çərçivəsində probasiya xidmətinin yaradılmasını istəyir

Cəmiyyət Materials 6 May 2010 11:52 (UTC +04:00)
Avropa Şurası Azərbaycanda həbsxana islahatlarına dəstək layihəsi çərçivəsində probasiya xidmətinin yaradılmasını istəyir.
Avropa Şurası Azərbaycanda həbsxana islahatlarına dəstək layihəsi çərçivəsində probasiya xidmətinin yaradılmasını istəyir

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir K.Zərbalıyeva/

Avropa Şurası Azərbaycanda həbsxana islahatlarına dəstək layihəsi çərçivəsində probasiya xidmətinin yaradılmasını istəyir.

"Həbsxana islahatlarına dəstək layihəsi çərşivəsində probasiya xidmətinin yaradılması nəzərdə tutulsa da, indiyədək bu xidmət yaranmayıb. Azərbaycan Avropa Şurası dövlətləri arasında yeganə ölkədir ki, probasiya xidməti tam şəkildə fəaliyyət göstərmir. Azərbaycan hökuməti istəsə, biz bu sahədə ona lazımi kömək göstərə bilərik", - Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə AŞ-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Veronika Kotek deyib.

Probasiya xidməti azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasına nəzarəti həyata keçirir.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov isə bu məsələ ilə əlaqədar jurnalistlərə bildirib ki, bu xidmət yaradılarkən milli xüsusiyyətlər, cinayətlərin xarakteri nəzərə alınmalıdır.

"Elə cinayətlər var, probasiya xidmətində nəzərdə tutulan cəzaların tətbiqi mumkün deyil. Az ağır, ağır və xüsusilə ağır cinayətlər var. Azərbaycanda rəhbər şəxslər dəfələrlə bildirib ki, cinayətlərdə ittiham olunan şəxslərə məhkəmələr tərəfindən ağır cəzalar tətbiq olunur. Bununla bağlı məhkəmələrə tövsiyələr də verilib", - Əlixanov deyib.

Xəbər lenti

Xəbər lenti