...

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyəti təbii fəlakətə məruz qalan bölgəyə səfər edəcək

Cəmiyyət Materials 12 May 2010 10:45 (UTC +04:00)
Cəmiyyətdən çərşənbə günü Trend-ə verilən məlumata görə, səfərin məqsədi təbii fəlakətin baş verdiyi ərazidə zərərçəkmiş insanlara humanitar yardım göstərməkdir.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyəti təbii fəlakətə məruz qalan bölgəyə səfər edəcək

Azərbaycan, Bakı, 12 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndə heyəti bu gün Zərdab rayonuna səfər edəcək.

Cəmiyyətdən çərşənbə günü Trend-ə verilən məlumata görə, səfərin məqsədi təbii fəlakətin baş verdiyi ərazidə zərərçəkmiş insanlara humanitar yardım göstərməkdir.

Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı baş verən təbii fəlakətlər nəticəsində zərərçəkmiş insanlara yardım göstərilməsi üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi və yerli bölmələri tərəfindən qiymətləndirmə işləri aparılaraq, fövqəladə vəziyyətdən zərər çəkmiş insanlara humanitar yardımların edilməsi qəqara alınıb.

Trend-in arayışı: Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində Kürün məcradan çıxması səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev uçub, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələri su altında qalıb.

Xəbər lenti

Xəbər lenti