...

Qırmızı Xaç 2009-cu ildə sülhyaratma əməliyyatlarına 1,06 milyard İsveçrə frankı xərcləyib

Cəmiyyət Materials 21 May 2010 11:20 (UTC +04:00)
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) 2009-cu ildə sülhyaratma əməliyyatlarına 1,06 milyard İsveçrə frankı xərcləyib. Bu barədə BQXK-nin illik hesabatında deyilir.
Qırmızı Xaç 2009-cu ildə sülhyaratma əməliyyatlarına 1,06 milyard İsveçrə frankı xərcləyib

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir K.Zərbalıyeva/

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) 2009-cu ildə sülhyaratma əməliyyatlarına 1,06 milyard İsveçrə frankı xərcləyib. Bu barədə BQXK-nin illik hesabatında deyilir.

2009-cu ildə komitə öz fəaliyyətini nümayəndə heyətləri, nümayəndəliklər, şöbə və ofislər vasitəsilə həyata keçirərək, dünyanın 80-dən çox ölkəsində çalışıb.

2009-cu ildə BQXK dünyada 10 iri əməliyyat keçirib. Əməliyyatlar İraq, Sudan, Pakistan, Əfqanıstan, İsrail, Konqo, Somali, Kolumbiya, Şri-Lanka və Çad kimi münaqişəli ölkələrdə aparılıb.

2009-cu ildə BQXK dünyanın 47 ölkəsində humanitar yardım proqramı həyata keçirib. Nisbətən iri humanitar əməliyyatlar Əfqanıstan, Çad, Konqo Demokratik Respublikası, Gürcüstan, RF, İraq, İsrail, Fələstin əraziləri, Kot d`İvuar, Pakistan, Somali, Uqanda və Filippində aparılıb.

Hesabatda bildirilir ki, il ərzində BQXK-nin vətəndaşların maliyyə vəziyyətinin möhkəmlənməsinə yönələn fəaliyyəti əksər hallarda Qırmızı Xaç və Qırmızı Aypara milli cəmiyyətləri ilə əməkdaşlıqda həyata keçirilib və dünyanın 37 ölkəsində ailələrə və müxtəlif cəmiyyətlərə öz vəziyyətlərini yaxşılaşdırmağa imkan verib.

BQXK-nin milli Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətləri ilə əməkdaşlığının məqsədi işçi münasibətlərin möhkəmləndirilməsi, silahlı münaqişələrin və onun daxili iğtişaşların qurbanlarına daha səmərəli yardım etmək üçün beynəlxalq hərəkat üzrə tərəfdaşları ilə dialoqun saxlanmasıdır.

BQXK, həmçinin, müxtəlif ölkələrdəki milli Qırmızı Xaç və Qırmızı Aypara cəmiyyətlərinə fəaliyyətlərinin həyata keçirilməsi qabiliyyətinin möhkəmlənməsi üçün 82 milyon İsveçrə frankı yardım göstərib.

Xəbər lenti

Xəbər lenti