...

Azərbaycanda jurnalistlər üçün "Milli Media" mükafatı təsis ediləcək - Mətbuat Şurasının sədri Əflatun Amaşov

Cəmiyyət Materials 7 İyun 2010 13:20 (UTC +04:00)
Azərbaycan milli mətbuatının yaranmasının 135 illiyi ərəfəsində jurnalistlər üçün "Milli Media" mükafatı təsis ediləcək.
Azərbaycanda jurnalistlər üçün "Milli Media" mükafatı təsis ediləcək - Mətbuat Şurasının sədri Əflatun Amaşov

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycan milli mətbuatının yaranmasının 135 illiyi ərəfəsində jurnalistlər üçün "Milli Media" mükafatı təsis ediləcək. Bu barədə bazar ertəsi Trend-ə Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bildirib.

"Mətbuatın 135 illiyi ilə bağlı Mətbuat Şurası tərəfindən bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. "Milli Media" mükafatının təsis olunması da bu tədbirlər planına daxildir. "Milli Media" mükafatının qaliblərinin müəyyənləşməsi ilə bağlı məsələlər yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq", - Amaşov deyib.

Trend-in arayışı: Hər il iyul 22-si Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur. 1875-ci ilin iyul ayında Həsən bəy Zərdabi "Əkinçi" qəzetini nəşr etdirib. "Əkinçi" qəzetinin nəşri ilə Azərbaycanda milli mətbuat yaranıb.

MŞ sədri deyib ki, 135 illik yubileylərlə bağlı tədbirlər Zərdab rayonundan başlayacaq.

"Bayram tədbirləri Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dəstək Fondu ilə birgə keçiriləcək. Ölkənin müxtəlif bölgələrində tədbirlərin keçirilməsi nəzərdə tutulur. Son tədbir Bakıda çoxsaylı qonaqların iştirakı ilə keçiriləcək", - Amaşov əlavə edib.

Xəbər lenti

Xəbər lenti