...

Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin direktoru cümə günü ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüb

Cəmiyyət Materials 11 İyun 2010 12:09 (UTC +04:00)
Azərbaycan Prezidenti yanında Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev cümə günü ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorellə görüşüb, - bu barədə mərkəzin məlumatında deyilir.
Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin direktoru cümə günü ATƏT-in Bakı ofisinin rəhbəri ilə görüşüb

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan Prezidenti yanında Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin direktoru Elxan Nuriyev cümə günü ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorellə görüşüb, - bu barədə mərkəzin məlumatında deyilir.

Mərkəzin rəhbəri Cankorelə SAM-ın fəaliyyəti, həyata keçirilən layihələr, həmçinin, ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafındakı rolu haqqında qısa məlumat verib. Əli Bilgə Cankorel Azərbaycan - ATƏT münasibətlərindən danışaraq, demokratik dəyərlərin cəmiyyətdə bərqərar edilməsinin ATƏT-in əsas prioritetlərindən olduğunu xüsusi qeyd edib və vətəndaş cəmiyyətinin inkişafı üçün dəstək göstərəcəyini bildirib. Görüş zamanı, həmçinin, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupunun üzərinə düşən vəzifələr, regionda təhlükəsizlik məsələləri və digər mövzular ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti