...

Azərbaycanın qadın cütlüyü akrobatik gimnastika üzrə Qazaxıstanda keçirilən beynəlxalq turnirin qalibi olub

Cəmiyyət Materials 21 İyun 2010 17:21 (UTC +04:00)
Ayla Əhmədova və Dilarə Sultanovadan ibarət cütlük akrobatik gimnastika üzrə Qazaxıstanda keçirilən beynəlxalq turnirdə qalib olub.
Azərbaycanın qadın cütlüyü akrobatik gimnastika üzrə Qazaxıstanda keçirilən beynəlxalq turnirin qalibi olub

Ayla Əhmədova və Dilarə Sultanovadan ibarət cütlük akrobatik gimnastika üzrə Qazaxıstanda keçirilən beynəlxalq turnirdə qalib olub.

İdmançıların məşqçisi İradə Qurbanovanın sözlərinə görə, onun yetirmələri üç idman hərəkəti üzrə 87 xal qazanıblar və bununla da ikinci yeri tutan Rusiya idmançılarını xeyli qabaqlayıblar. Bu barədə Azərbaycan Gimnastika Federasiyasından bildiriblər.

"Bu turnirdə mən, Polşada keçiriləcək dünya birinciliyində nümayiş etdirəcəyimiz yeni kombinasiyalarımızı yoxladım, çatışmazlıqları gördüm və rəqiblərə baxdım. Ayla və Dilarə Avropa 2009-un çempionları kimi, yarışın açılış mərasimində iştirak etmək üçün digər məşhur akrobatlarla yanaşı xüsusi dəvətlər alıblar və bununla da tamaşaçıların rəğbətini qazanıblar. Mən də öz növbəmdə hakimlik bacarığımı təkmilləşdirmişəm", - məşqçi qeyd edib.

İki gündən sonra qızlara qoşulacaq Rüstəm Nəcəfquliyev və Elçin Məmmədovdan ibarət kişi cütlüyü Mərkəzi Asiya regionuna yola düşəcəklər. Onlar iyunun 24-dən iyulun 12-dək Özbəkistanın paytaxtında son məşqlərdə olacaqlar. Onları qarşıda Vroslavda keçiriləcək dünya çempionatı gözləyir.

Bununla yanaşı, Özbəkistanın digər şəhəri Nəvaidə bədii gimnastika üzrə yeniyetmələr arasında beynəlxalq turnir başa çatıb.

Azərbaycan beş idmançı ilə təmsil olunub. Onlardan üçü medal qazanıb. 13 yaşlı Leyla Hüseynli öz yaş qrupunda gümüş medal qazanıb, digər iştirakçı Nərminə Hüseynova (1999-cu il təvəllüdlü) ikinci yeri tutub. On iki yaşlı Nilufər Niftəliyeva üçüncü yeri tutub. Kəmalə Mustafayeva (1995-ci il təvəllüdlü) isə təşkilatçılar tərəfindən təqdim edilən turnirin "Miss qrasiya" titulunu əldə edib.

Xəbər lenti

Xəbər lenti