...

Bakı Apelyasiya Məhkəməsinin sədri yenidən Hakimlərin Seçki Komitəsinin sədri seçilib

Cəmiyyət Materials 21 İyun 2010 19:41 (UTC +04:00)
Bakı Apelyasiya Məhkəməsinin sədri yenidən Hakimlərin Seçki Komitəsinin sədri seçilib.
Bakı Apelyasiya Məhkəməsinin sədri yenidən Hakimlərin Seçki Komitəsinin sədri seçilib

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir M.Əliyev/

Bakı Apelyasiya Məhkəməsinin sədri yenidən Hakimlərin Seçki Komitəsinin sədri seçilib. Komitədən Trend-ə verilən məlumata görə, Bakı Apelyasiya Məhkəməsinin sədri İman Nağıyev Məhkəmə-Hüquq Şurası tərəfindən yüksək məhkəmə hakimlərindən, ədliyyə, prokurorluq, Şuranın aparatı, Vəkillər Kollegiyasının nümayəndələrindən və hüquqşunas-alimdən ibarət tərkibdə yenidən formalaşdırılmış Hakimlərin Seçki Komitəsinin ilk iclasında yenidən sədr seçilib.

Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov tədbirdə çıxış edərək məhkəmə fəaliyyətinin təşkilində Hakimlərin Seçki Komitəsinin mühüm rolunu qeyd edib.

İclas zamanı qeyd olunub ki, son illər ərzində çoxsaylı yerli və beynəlxalq müşahidəçilərin iştirakı ilə 2200 namizədlə aparılmış seçim prosedurları nəticəsində 157 nəfər yüksək hazırlıqlı hüquqşunas seçilərək hakim vəzifələrinə təyin edilib, 80 nəfər namizəd hakim vəzifələrinə hazırlanması üçün bir illik kurslara cəlb olunub, onların məhkəmələrdə, o cümlədən xarici ölkələrdə staj keçməsi təşkil olunub.

Xəbər lenti

Xəbər lenti