...

Xəzərdə balıq ovu üzrə Azərbaycanın kvotası 7 faiz azaldılıb

Cəmiyyət Materials 25 İyun 2010 11:44 (UTC +04:00)
Xəzərdə balıq ovu üzrə Azərbaycanın kvotası 2008-ci illə müqayisədə (2009-cu ildə bu məsələ qaldırılmayıb) 7 faiz azaldılıb və 6,7 faiz təşkil edib.
Xəzərdə balıq ovu üzrə Azərbaycanın kvotası 7 faiz azaldılıb

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir M.Əliyev/

Xəzərdə balıq ovu üzrə Azərbaycanın kvotası 2008-ci illə müqayisədə (2009-cu ildə bu məsələ qaldırılmayıb) 7 faiz azaldılıb və 6,7 faiz təşkil edib. Bu barədə qərar İran paytaxtında keçirilən Xəzər dənizinin su bioresursları komissiyasının 31-ci iclası zamanı qəbul edilib. Bu barədə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında deyilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin təklifi ilə balıq ovu üzrə kvotanın müəyyən edilməsi üzrə növbəti iclas dekabrın birinci ongünlüyündə İranda keçiriləcək.

İclasda Azərbaycan tərəfi bölgə balığının sənaye ovundan birtərəfli imtina etdiyi və onun ehtiyatlarından yalnız balıqartırma və elmi tədqiqat məqsədləri üçün istifadə edəcəyi barədə xüsusi bəyanatla çıxış edərək, digər ölkələri də bu təklifə qoşulmağa çağırıb.

Bundan başqa, iclasda Qazaxıstanın nərəcinsli balıqların ovuna ümumi qadağa  qoyulması təklifi müzakirə edilib. Bu təşəbbüslə bağlı İran bu məsələnin ətraflı öyrənilməsini və hüquqi mexanizminin işlənilməsindən sonra baxılmasını təklif etmiş, Rusiya isə balıqartırma və elmi məqsədlər üçün istifadə şərtilə ovu saxlamağa razılığını bildirmişdir.

Xəbər lenti

Xəbər lenti