...

Azərbaycanda həbsdə olan Emin Milli atasının vəfatı ilə əlaqədar evə buraxılıb

Cəmiyyət Materials 29 İyun 2010 16:20 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov çərşənbə axşamı Trend-ə bildirib ki, Emin Milli atasının dəfn mərasimində iştirak etmək üçün bu gün cəza çəkdiyi müəssisədən evə buraxılıb.
Azərbaycanda həbsdə olan Emin Milli atasının vəfatı ilə əlaqədar evə buraxılıb

Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Həbsdə olan Emin Milli atasının vəfatı ilə əlaqədar 3 gün müddətinə evə buraxılıb.

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov çərşənbə axşamı Trend-ə bildirib ki, Emin Milli atasının dəfn mərasimində iştirak etmək üçün bu gün cəza çəkdiyi müəssisədən evə buraxılıb.

Emin Millinin atasının dəfn mərasimində iştirak etməsi üçün onun ailəsi, vəkili və millət vəkili Pənah Hüseyn aidiyyəti qurumlara müraciət etmişdi.

Bir sıra xəstəlikdən əziyyət çəkən 75 yaşlı Paşa Abdullayevin vəziyyəti iyunun 29-u gecə pisləşib və bir neçə saat sonra vəfat edib.

Emin Milli 2009-cu il iyulun 8-də Bakının "Livan" restoranında davadan sonra digər gənc fəal Adnan Hacızadə ilə birgə tutulub.

Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərərvurma) və 221.2.1 (xuliqanlıq) maddələri ilə təqsirli bilinən Emin Milli Səbail rayon məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, Salyanda yerləşən 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

Xəbər lenti

Xəbər lenti