...

Azərbaycan TQDK Türkiyənin Quru Qoşunları ali hərbi məktəblərinə tələbə qəbulu elan edib

Cəmiyyət Materials 16 İyul 2010 12:16 (UTC +04:00)
Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Türkiyənin Quru Qoşunları ali hərbi məktəblərinə tələbə qəbulu elan edib, - cümə günü mətbuat konfransında TQDK-nin sədri Məleykə Abbaszadə deyib.
Azərbaycan TQDK Türkiyənin Quru Qoşunları ali hərbi məktəblərinə tələbə qəbulu elan edib

Аzərbaycan, Bakı, 16 iyul /Trend, müxbir Z.Əhmədova/

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası Türkiyənin Quru Qoşunları ali hərbi məktəblərinə tələbə qəbulu elan edib, - cümə günü mətbuat konfransında TQDK-nin sədri Məleykə Abbaszadə deyib.

Abbaszadənin sözlərinə görə, müsabiqədə 300 və daha çox bal toplayan I ixtisas qrupunun abituriyentləri iştirak edə bilərlər.

"Yaş məhdudiyyəti 16-20 yaş arası müəyyən olunub. Müsabiqədə yalnız Azərbaycan vətəndaşı olan gənclər iştirak edə bilərlər, onlar iyulun 15-dən 26-na qədər TQDK-nin saytında qeydiyyatdan keçməlidirlər", - Dövlət Komissiyasının sədri deyib.

Onun sözlərinə görə, qeydiyytadan keçdikdən sonra, 40 abituriyent Azərbaycan Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında tibbi komissiyadan keçəcəklər və onlardan yalnız 30-u qəbul imtahanlarında iştirak edə bilər.

Xəbər lenti

Xəbər lenti