...

Nyu York radiosu "Sarı Gəlin" xalq mahnısını ermənilərə məxsus olduğunu bildirdiyinə görə üzr istəyib

Cəmiyyət Materials 5 Avqust 2010 04:22 (UTC +04:00)
Nyu York şəhərində rus dilində yayımlanan və geniş dinləyici kütləsinə malik “Radio Pozitiv” Azərbaycanın “Sarı Gəlin” xalq mahnısını ermənilərə məxsus olduğunu bildirdiyinə görə üzr istəyib. Bu barədə məlumatı Trend-ə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən veriblər.
Nyu York radiosu "Sarı Gəlin" xalq mahnısını ermənilərə məxsus olduğunu bildirdiyinə görə üzr istəyib

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Nyu York şəhərində rus dilində yayımlanan və geniş dinləyici kütləsinə malik "Radio Pozitiv" Azərbaycanın "Sarı Gəlin" xalq mahnısını ermənilərə məxsus olduğunu bildirdiyinə görə üzr istəyib. Bu barədə məlumatı Trend-ə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyindən veriblər.

Cari ilin 28 iyul tarixində "Radio Pozitiv"də veriliş zamanı aparıcı  Azərbaycanın "Sarı Gəlin" xalq mahnısını "Qornaya Nevesta" kimi adlandıraraq, onun ermənilərə məxsus olduğunu bildirib və Civan Qasparyanın ifadəsində efirdə səsləndirib.

Buna cavab olaraq, Azərbaycan Respublikasının BMT yanında Daimi Nümayəndəliyi tərəfindən dərhal radio ilə əlaqə saxlanılmış və aparıcının söylədiklərinin yanlış olduğunun və canlı efirdə "Sarı Gəlin" mahnısının Azərbaycan xalq mahnısı olduğunun bildirilməsi xahiş edilmişdir.

Xahiş yerinə yetirilmiş, canlı efir zamanı qeyd edilən məqamlar dinləyicilərin diqqətinə çatdırılmış və buraxılan səhvə görə üzr istənilmişdir.

Xəbər lenti

Xəbər lenti