Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir M.Əliyev/
Bakıda "20 yanvar" metrostansiyasının yaxınlığındakı ticarət yarmarkası velotrekdən ayırılacaq. Bu barədə cümə günü Olimpiya hazırlığına həsr olunmuş mətbuat konfransında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bildirib.
Onun sözlərinə görə, yarmarka və idman tikilisi arasında hasar tikiləcək və velotrekin girişi mövcud obyektlərdən təmizlənəcək.
"Yarmarka öz-özlüyündə velotrekə aid deyil və bizim məqsədimiz velotrekə girişi təmizləməkdən ibarətdir", - nazir qeyd edib.
Nazirin sözlərinə görə, Gənclər və İdman Nazirliyi Bakı velotrekində gələn il yenidənqurma işlərinin aparılması üzrə hökumətə təklif hazırlayıb.