...

Gəncədəki istintaq təcridxanasında saxlanılan şəxslər məhkəmələrin və istintaqın fəaliyyətindən ombudsmana şikayət ediblər

Cəmiyyət Materials 9 Avqust 2010 10:16 (UTC +04:00)
Ombudsman Aparatının mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, ombudsman Elmira Süleymanova Gəncəyə səfəri çərçivəsində 2 saylı İstintaq Təcridxanasına baxış keçirib.
Gəncədəki istintaq təcridxanasında saxlanılan şəxslər məhkəmələrin və istintaqın fəaliyyətindən ombudsmana şikayət ediblər

Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir K.Zərbalıyeva/

Gəncədəki istintaq təcridxanasında saxlanılan şəxslər barələrində çıxarılmış məhkəmə qərarlarından və istintaqın qeyri-obyektiv aparılmasından ombudsmana şikayət ediblər.

Ombudsman Aparatının mətbuat xidmətinin bazar ertəsi yaydığı məlumata görə, ombudsman Elmira Süleymanova Gəncəyə səfəri çərçivəsində 2 saylı İstintaq Təcridxanasına baxış keçirib.

Başçəkmənin əsas məqsədi işgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar hallarının qarşısının alınması üçün mövcud vəziyyətin öyrənilməsindən və qabaqlayıcı tədbirlərin görülməsindən ibarət olub.

Ombudsman burada saxlanılan bir sıra şəxslərlə, o cümlədən, qadın və uşaqlarla söhbət aparıb, onlara hüquqlarını izah edib.

Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.

Müvəkkil, həmçinin, korpuslara, kameralara, cərimə təcridxanasına, mətbəxə, görüş yerinə, müasir avadanlıqla təchiz edilmiş tibb hissəsinə və digər obyektlərə baxış keçirib.

Bu istintaq təcridxanası üçün müvafiq standartlara uyğun yeni bina tikilməsi istiqamətində iş aparılır.

Ombudsman penitensiar müəssisənin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verib.

Xəbər lenti

Xəbər lenti