Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir M.Əliyev/
Rusiyadakı yanğınlar və qatı tüstü Azərbaycanda hava şəraitinə təsir göstərməyəcək. Bu barədə Trend-ə çərşənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib.
"Şərait göstərir ki, Rusiyadakı qatı tüstü Azərbaycan ərazisinə keçməyəcək", - Verdiyev bildirib.
Rusiyada anomal istilər artıq bir aydır davam edir. Moskva ətrafında baş verən yanğınlar Moskvanı tüstüyə bürüyüb, şəhərdə yanıq iyi hiss olunur. Dünən qatı tüstü səbəbindən, paytaxtın bir neçə rayonunda görüntü 100-200 m.-i ötməyib.
Meşə və torf yanğınları ölkənin orta zolağında, Povoljye, Uzaq Şərq və digər regionlarda davam edir. Daha çox zərərçəkmiş regionlar arasında Nijeqorod və Voronej vilayətlərini göstərmək olar. Alov Rusiyanın böyük şəhərlərinin çoxunun yaxınlığına gəlib çatıb.
Verdiyevin sözlərinə görə, sinoptik vəziyyət göstərir ki, hava axınları Rusiyanın şimal-şərq istiqamətinə gedə bilər və ölkənin cənubuna hərəkət gözlənilmir.