...

Litva Azərbaycanla mədəniyyətlərarası əlaqələrin intensivləşdirilməsi üzrə təklif hazırlayıb – Mədəniyyət Nazirliyi

Cəmiyyət Materials 16 Avqust 2010 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir M.Əliyev/

Litvanın Mədəniyyət Nazirliyi Azərbaycanla mədəniyyətlərarası əlaqələrin intensivləşdirilməsi üzrə təklif hazırlayıb.

"Azərbaycanla Litva arasında mədəni əlaqələr dərin köklərə malikdir, lakin onlar daha intensiv və daha yüksək səviyyədə ola bilərlər", - bazar ertəsi Litvanın mədəniyyət naziri Arunas Gelunas bazar ertəsi jurnalistlərə bildirib.

Deputatların, eləcə də Litva Seyminin İqtisadiyyat komitəsinin sədri, Parlamentlərarası Dostluq Qrupunun üzvü Daynyus Budrisin, həmçinin, Litvanın mədəniyyət nazirinin daxil olduğu nümayəndə heyəti Azərbaycanda səfərdədirlər.

Gelunasın sözlərinə görə, Litva parlamentarilərinin Azərbaycana səfərlərində başlıca məqsəd iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin möhkəmləndirilməsidir.

Litvalı deputatlar Milli Məclisin sədri Oqtay Əsədovla, beynəlxalq və parlamentlərarası əlaqələr komitəsinin, hüquq siyasəti və dövlət quruculuğu, eləcə də iqtisadi siyasət komitələrinin üzvləri ilə görüşəcəklər.

Səfər avqustun 19-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti