Azərbaycan, Bakı, 18 avqust /Trend/
"Azersun Holdinq" Müqəddəs Ramazan ayında da növbəti qanvermə aksiyası keçirib.
Holdinqdən Trend-ə verilən məlumata görə, şirkətlər qrupuna daxil olan İmişli Şəkər Zavodunun, Biləsuvar Konserv Zavodunun, "Natural Greenland" müəssisəsinin və "AŞİB - Aqro"nun əməkdaşları qanvermə aksiyasında iştirak ediblər.
Səhiyyə Nazirliyi ilə birgə "Siz qan verməklə başqalarına həyat verirsiniz" devizi ilə keçirilən aksiyanın əsas məqsədi, respublikanın qan bankına və talassemiyadan əziyyət çəkənlərə yardım etməkdir.
Artıq dördüncü ildir, "Azersun Holdinq" in bütün müəssisələrində bu aksiya keçirilir. Bu ilin may ayında Beynəlxalq Talassemiya ilə Mübarizə Günü ilə bağlı növbəti qanvermə aksiyasını Bakıda "Azersun Holdinq" in mərkəz ofisində keçirən şirkətlər qrupu, 17 avqustda bu aksiyanı İmişli və Biləsuvarda davam etdirib.
200-ə yaxın "Azersun Holdinq" əməkdaşının iştirak etdiyi qanvermə aksiyası yaxın vaxtlarda digər rayonlarda da keçiriləcək.
Donorlardan alınan qan Mərkəzi Qan Bankına təhvil verilir.