Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir T.Hacıyev/
Almaniya klubunda oynayan həmyerli futbolçumuz Azərbaycanın yığma komandasına dəvət edilib.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İctimaiyyətlə Əlaqə Departamentinin cümə günü yaydığı məlumata görə, Almaniyanın "Rot-Veys Essen" klubunda çıxış edən və 1993-cü ildə anadan olan azərbaycanəsilli Tolqa Erginər avqustun 23-dən 26-dək Azərbaycan yığma komandasının Bakıda keçiriləcək təlim-məşq toplanışına dəvət edilib.