...

ABŞ Səfirliyi Sumqayıt Mərkəzi Kitabxanasına kitab hədiyyə edib

Cəmiyyət Materials 30 Avqust 2010 10:29 (UTC +04:00)
Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qafarovun verdiyi məlumata görə, kitablar bir neçə gün əvvəl ABŞ Səfirliyinin ictimai diplomatiya üzrə nümayəndəsi B.Mayer ilə görüş zamanı əldə edilmiş razılıq əsasında verilib.
ABŞ Səfirliyi Sumqayıt Mərkəzi Kitabxanasına kitab hədiyyə edib

Azərbaycan, Bakı, 30 avqust /Trend/

ABŞ-ın Azərbaycandakı Səfirliyi Sumqayıt şəhəri Mərkəzləşdirilmiş Kitabxana Sisteminə ingilis dilində müxtəlif kitablar hədiyyə edib.

Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qafarovun verdiyi məlumata görə, kitablar bir neçə gün əvvəl ABŞ Səfirliyinin ictimai diplomatiya üzrə nümayəndəsi B.Mayer ilə görüş zamanı əldə edilmiş razılıq əsasında verilib.

İdarə rəisi ingilis dilində izahlı lüğətlərdən, ədəbi əsərlərdən, Amerika müəlliflərinin Azərbaycan dilinə tərcümə olunmuş roman və hekayələrindən ibarət kitabların Sumqayıt Şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminə daxil olan kitabxanalara paylanacağını bildirib.

Görüşdə, həmçinin, ABŞ Səfirliyi ilə Sumqayıtın mədəniyyət müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb, bu sahədə səylərin gücləndiriləcəyi qeyd olunub.

Xəbər lenti

Xəbər lenti