...

ABŞ-ın internet-nəşriyyatı dünyada ən çirkli məkanlar siyahısını açıqlayıb

Cəmiyyət Materials 2 Sentyabr 2010 15:02 (UTC +04:00)
ABŞ-ın məşhur internet-nəşriyyatı “Haffinqton Post” Azərbaycanı Yerdə ən çirkli məkanlar siyahısına daxil etməyib.
ABŞ-ın internet-nəşriyyatı dünyada ən çirkli məkanlar siyahısını açıqlayıb

Аzərbaycan, Bakı, 2 sentyabr /Trend, müxbir М.Əliyev/

ABŞ-ın məşhur internet-nəşriyyatı "Haffinqton Post" dünyada ən çirkli məkanlar siyahısına daxil etməyib.

"Haffinqton Post"un araşdırmalarına görə, planetdə ən çirkli ərazilər Çitarum çayı (İndoneziya), Çernobıl (Ukrayna), Linfen (Çin), Sakit okeanın şimal hissəsi, Rodoniya (Braziliya), Yamuna çayı (Hindistan), Oroya (Peru), Qaraçay çayı (Rusiya), Haiti, Kabve (Zambiya), Appalaç (Şimali Amerikada dağlar), Virciniya ştatının şərq hissəsi (ABŞ), Cerjinsk (Rusiya), Riaçuelo çayı (Argentina), Vapidir (Hindistan).

2007-ci ildə Bleksmit Qeyri-İqtisadi Elmi-Tədqiqat İnstitutu (ABŞ) Azərbaycanın Sumqayıt şəhərini dünyanın 10 ən çirkli şəhəri siyahısına daxil edib, 2009-cu ildə isə "NYC" beynəlxalq reytinq şirkəti Bakını planetin ən çirkli şəhəri adlandırıb.

Son illər Azərbaycanda ətraf mühitin mühafizəsinə istiqamətlənmiş işlər geniş vüsət alıb və beynəlxalq təşkilatlar öz hesabatlarında daha obyektiv olublar. Bu barədə cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

"Ekologiya və Təbii Sərvətlər Nazirliyi gələcəkdə də  ətraf mühitin mühafizəsi sahəsində böyük layihələr həyata keçirəcək", - İbrahimova deyib.

Xəbər lenti

Xəbər lenti