Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir M.Əliyev/
Azərbaycanın Milli Televiziya və Radio Şurası "Mədəniyyət" telekanalının açılması üzrə tenderə ərizə qəbulunun müddətini bir ay uzadıb.
Bugünədək Şuraya yalnız Az TV müraciət edib və qurum ərizələrin qəbul müddətinin uzadılması haqqında qərar qəbul edib. Bu barədə bazar ertəsi jurnalistlərə Şura sədri Nuşirəvan Məhərrəmli bildirib.
Şuranın qərarına əsasən, avqustun 4-dən sentyabrın 4-dək Bakı və Abşeron yarımadası ərazisində 44-cü tezlikdə "Mədəniyyət" telekanalının açılması üzrə müsabiqə keçirilib.