...

Yaponiya Səfirliyinin dəstəyi ilə Azərbaycanın Şəki rayonunda məktəb korpusu inşa edilib (FOTO)

Cəmiyyət Materials 7 Sentyabr 2010 14:30 (UTC +04:00)
Yaponiya Səfirliyinin maliyyə dəstəyi ilə Azərbaycanın Şəki rayonunun Dərəcənnət kənd məktəbinin ikinci korpusu inşa edilərək şagirdlərin ixtiyarına verilib.
Yaponiya Səfirliyinin dəstəyi ilə Azərbaycanın Şəki rayonunda məktəb korpusu inşa edilib (FOTO)

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir M. Əliyev/

Yaponiya Səfirliyinin maliyyə dəstəyi ilə Azərbaycanın Şəki rayonunun Dərəcənnət kənd məktəbinin ikinci korpusu inşa edilərək şagirdlərin ixtiyarına verilib.

Adıçəkilən layihənin həyata keçirilməsi üçün Yaponiya Səfirliyi və "Qadın dünyası" Qeyri-Hökumət Təşkilatı arasında imzalanmış qrant müqaviləsinin ümumi məbləği 87,958 ABŞ dollarıdır. Layihənin əsas məqsədi yeni məktəb binası tikməklə Dərəcənnətdə yaşayan uşaq və gənclərin təhsilalma şəraitinin yaxşılaşdırılmasıdır. Bu barədəTrend-ə "Qadın dünyası" QHT-dən bildiriblər.

Məktəb tikintisi Yaponiya hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı" çərçivəsində Azərbaycanda təhsilin inkişafı üçün həyata keçirilmiş artıq 62-ci layihədir. Bu günə qədər adıçəkilən yardım proqramı çərçivəsində ölkədə yeni məktəblərin tikintisi, mövcud məktəblərin yenidən qurulması və təhsil ləvazimatının yaxşılaşdırılması üçün artıq 4,885,530 ABŞ dolları məbləğində qrant yardımı ayrılıb.

Xəbər lenti

Xəbər lenti