...

Azərbaycanda vəkilliyə sənədlərin qəbul müddəti uzadılıb

Cəmiyyət Materials 14 Sentyabr 2010 12:55 (UTC +04:00)
Azərbaycanda vəkilliyə qəbulla bağlı sənədlərin qəbulu dekabrın 15-nə qədər uzadılıb

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanda vəkilliyə qəbulla bağlı sənədlərin qəbulu dekabrın 15-nə kimi uzadılıb. Bu barədə çərşənbə axşamı Trend-ə Vəkillər Kollegiyasının sədr müavini Fərhad Nəcəfov məlumat verib.

Vəkilliyə qəbulla bağlı iyulun 15-dən sənəd qəbulu başlayıb. Sentyabrın 15-də sənəd qəbulu başa çatıb.

Nəcəfov deyib ki, vəkilliyə sənədlərin qəbul müddətinin uzadılması işlərin az verilməsi ilə bağlıdır. Onun sözlərinə görə, cəmi 250 sənəd təqdim olunub.

Sədr müavini bildirib ki, vəkilliyə imtahanların gələn ilin qış aylarında keçirilməsi nəzərdə tutulur.

Azərbaycan vəkillərin sayına görə, Avropa ölkələri sırasında sonuncu yerlərdə durur. Məlumata görə, Azərbaycanda əhalinin hər yüz min nəfərinə 5 vəkil düşür.

Hazırda Azərbaycanda 800-ə yaxın vəkil var.

Xəbər lenti

Xəbər lenti