...

Gürcüstan azərbaycanlıları Quranın təhqir olunmasına qarşı etiraz aksiyası keçiriblər (FOTO)

Cəmiyyət Materials 14 Sentyabr 2010 16:42 (UTC +04:00)
Gürcüstan azərbaycanlıları Quranın təhqir olunmasına qarşı etiraz aksiyası keçiriblər.
Gürcüstan azərbaycanlıları Quranın təhqir olunmasına qarşı etiraz aksiyası keçiriblər (FOTO)

Gürcüstan, Marneuli, 14 sentyabr /Trend, müxbir C.Babayeva/

Gürcüstan azərbaycanlıları Quranın təhqir olunmasına qarşı etiraz aksiyası keçiriblər.

Trend-ə daxil olan məlumatda bildirilir ki, bu gün Marneulidə "Əhli-Beyt" Cəmiyyətinin təşkilatçılığı ilə ABŞ-da islamın müqəddəs kitabı - Quranın təhqir olunmasına qarşı icazəli etiraz aksiyası keçirilib.

"Əhli-Beyt" Cəmiyyətinin üzvləri ilə yanaşı, etiraz yürüşünə Marneulinin dindarları, azərbaycanlı jurnalistlərin təmsil olunduğu Gənc Jurnalistlər Şəbəkəsinin üzvləri də qoşulub. Aksiyada təxminən 500-600 nəfər iştirak edib.

Etirazçılar "Əhli-Beyt" Cəmiyyətinin önündən "İmam Əli" məscidinə qədər yürüş ediblər. İzdihamlı aksiyada "Allahu Əkbər", "Lə İlahə İlləllah", "Quran hidayət, səadət kitabıdır" şüarları səsləndirilib.

Beynəlxalq KİV-in məlumatına əsasən, sentyabrın 11-də Ağ ev qarşısında müsəlmanların müqəddəs kitabı - Qurani-Kərim aralarında radikal "Çay Partiyası"nın (Tea Party) liderinin də olduğu kiçik bir islamofob qrupun aksiyasında cırılıb. Bundan başqa, "Çay Partiyası"nın lideri Bekam müqəddəs Quranın xristianlar və yəhudilər barədə yazılmış səhifələrini cıraraq plastik bir qaba qoyub.

O, müqəddəs kitabın səhifələrini yandırmamasının səbəbini Ağ ev qarşısında hər hansı bir əşyanın yandırılmasının ağır bir cinayət olması ilə izah edib. Eyni vaxtda ABŞ-ın Tennesi ştatında Bob Old adlı bir rahib köməkçisi ilə birlikdə Qurani-Kərimi yandırıb. Bu iki rahib Qurani-Kərimlə yanaşı, islam peyğəmbərinin adı olan bir kitabı da yandırıblar.

Xəbər lenti

Xəbər lenti