...

Bakıda gələcəkdə Avrokubok oyunlarının keçirilməsi mümkündür – UEFA-nın vitse-prezidenti

Cəmiyyət Materials 22 Sentyabr 2010 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir М.Əliyev/

UEFA gələcəkdə Bakıda futbol üzrə Avrokubok oyunlarının finalını keçirə bilər. Bu barədə Trend-ə qurumun vitse-prezidenti Şenes Erzik deyib.

Bakının Böyükşor qəsəbəsi ərazisində 60 min yerlik yeni stadion tikiləcək. Stadionun inşasının maliyyələşdirilməsini ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) öz üzərinə götürüb.

"Biz Bakıda yeni stadionun layihəsi ilə tanış olmuşuq, AFFA-nın UEFA və FİFA ilə hazırkı əməkdaşlığı gələcəkdə bu stadionda finallar keçirməyə imkan verəcək", - Erzik deyib.

UEFA-nın vitse-prezidenti Avropa ölkələri idman nazirlərinin 18-ci qeyri-rəsmi görüşündə iştirak edir. İki ildə bir dəfə keçirilən görüşə Avropanın 36 ölkəsindən nümayəndə gəlib.

Xəbər lenti

Xəbər lenti