...

Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda təmir edilmiş 3 Azərbaycan məktəbinin açılış mərasimi olub (FOTO)

Cəmiyyət Materials 24 Sentyabr 2010 15:09 (UTC +04:00)
Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda təmir edilmiş 3 Azərbaycan məktəbinin açılış mərasimi olub.
Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda təmir edilmiş 3 Azərbaycan məktəbinin açılış mərasimi olub (FOTO)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir S.Ağayeva/

Heydər Əliyev Fondunun dəstəyi ilə Gürcüstanda təmir edilmiş 3 Azərbaycan məktəbinin açılış mərasimi olub, - bu barədə cümə günü Fondun yaydığı məlumatda bildirilir.

Fondun "Təhsilə dəstək" layihəsi çərçivəsində Tbilisidəki M.F.Axundov adına 73 saylı orta məktəb, Qardabani rayonundakı 3 saylı Azərbaycan məktəbi və Dmanisidəki 2 saylı Azərbaycan beynəlxalq orta məktəbi əsaslı təmirdən sonra məktəblilərin ixtiyarına verilib.

Gürcüstan paytaxtında 150 şagirdin təhsil aldığı M.F.Axundov adına 73 saylı orta məktəbdə aparılan yenidənqurma işləri qəzalı vəziyyətdə olan məktəbdə müasir standartlar səviyyəsində tədrisə tam şərait yaratmışdır. Məktəbin fundamentində bərkitmə işləri aparılıb, dam örtüyü dəyişdirilib, tədris otaqları, kitabxana, yeməkxana və digər otaqlar tam təmir olunaraq müasir avadanlıqla təmin olunub. Məktəbdə yeni kompüter otağı yaradılıb.

Qardabani rayonundakı 3 saylı Azərbaycan məktəbi 1 600 şagird üçün nəzərdə tutulub. Əsaslı təmir işləri zamanı məktəbdaxili təmirlə yanaşı, fasad yeni kirəmidlə örtülüb, idman meydançası yaradılıb, həyətyanı sahə abadlaşdırılıb, avadanlığın əsas hissəsi yenilənib.

Layihə çərçivəsində Dmanisidəki 2 saylı Azərbaycan beynəlxalq orta məktəbində yenidənqurma işləri zamanı binada bərkitmə işləri görülüb, sinif otaqları, dəhlizlər, kitabxana, yeməkxana, idman zalı tam təmir olunub, yeni akt zalı, fənn kabinələri və kompüter otağı yaradılıb. Təhsil ocağı tam yeni avadanlıqla təmin olunub. Məktəbin qaz və elektrik təminatı yenilənib, transformator qoyulub, süniörtüklü stadion inşa edilib.

Təhsil ocaqlarının açılış mərasimində təhsil naziri Misir Mərdanov, Heydər Əliyev Fondunun icraçı-direktoru Anar Ələkbərovla yanaşı, Gürcüstanın elm və təhsil naziri Dmitri Şaşkin, Kvemo-Kartli bölgəsinin qubernatoru David Kirkitadze orta məktəblərdə keyfiyyətli tədris üçün yaradılmış şəraiti yüksək qiymətləndiriblər.

Xəbər lenti

Xəbər lenti