...

Həftənin ortalarında Azərbaycanda havanın temperaturunun artacağı gözlənilir – Ekologiya Nazirliyi

Cəmiyyət Materials 27 Sentyabr 2010 13:31 (UTC +04:00)
Həftənin ortalarında Azərbaycanda havanın temperaturu artacaq. Bu barədə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumatda deyilir.
Həftənin ortalarında Azərbaycanda havanın temperaturunun artacağı gözlənilir – Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir М.Əliyev/

Həftənin ortalarında Azərbaycanda havanın temperaturu artacaq. Bu barədə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumatda deyilir.

Bazar ertəsi Bakı və Abşeron yarımadasında 23-25 dərəcə temperatur müşahidə olunacaq, sentyabrın 28-də temperaturun 25-27, 29-da 26-28, 30-da isə 30 dərəcəyə qədər artacağı gözlənilir.

Hidrometeorogiya Xidmətinin proqnozlarına əsasən, bu günlərdə yağış yağacağı gözlənilmir, cənub küləkləri üstünlük təşkil edəcək.

Azərbaycan regionlarında da havanın temperaturunun artacağı gözlənilir, lakin səhər saatlarında ayrı-ayrı yerlərdə buludlu hava şəraiti olacaq.

Bu cür hava şəraiti həssas insanlar üçün əlverişlidir.

Xəbər lenti

Xəbər lenti