...

Azərbaycanın xalq artisi Faiq Ağayev məlum hadisə ilə bağlı detalları açıqlayıb

Cəmiyyət Materials 29 Sentyabr 2010 21:03 (UTC +04:00)
Azərbaycanın xalq artisti Faiq Ağayevin bıçaqlanması hadisəsi ilə bağlı zərərçəkmiş tərəfin ifadəsi alınıb. Bu barədə çərşənbə günü Trend-ə İstintaq qrupunun rəhbəri Asif Behbudov bildirib.
Azərbaycanın xalq artisi Faiq Ağayev məlum hadisə ilə bağlı detalları açıqlayıb

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir K.Zərbaliyeva/

Azərbaycanın xalq artisti Faiq Ağayevin bıçaqlanması hadisəsi ilə bağlı zərərçəkmiş tərəfin ifadəsi alınıb. Bu barədə çərşənbə günü Trend-ə İstintaq qrupunun rəhbəri Asif Behbudov bildirib.

Xalq artisti ifadəsində bildirib ki, sentyabrın 26-da o, tanışları Ziya Əliyev, Ramil Bayramov, Sona Hüseynova və mühafizəçisi Azər Musayev ilə birgə "Məxməri" çay evinə gəliblər. Burada bir neçə saat istirahət etdikdən sonra səhərə yaxın çay evindən çıxıblar. Sonra Sona Hüseynovanı öz evinə yola salmaq üçün S.Əsgərova 120 saylı ünvana gəliblər. Hüseynova avtomobildən düşərkən Rüfət Məlikov idarə etdiyi maşını Faiq Ağayevin avtomobilinin qarşısında saxlayıb. Burada Ağayev Məlikovdan yol istəmək məqsədilə siqnal versə də, Məlikov ona yol verməyib. Təsdiq kimi Məlikovun avtomobilində olan şəxslərdən biri orta barmağını Ağayevə uzadaraq, ona tərəf pivə butulkası tullayıb. Bundan sonra isə Məlikov və tanışları maşınla S.Vurğun küçəsinə doğru sürətlə hərəkət ediblər.

Özünü təhqir olunmuş hesab edən Faiq Ağayev avtomobilini Məlikovun maşınının arxasınca sürərək Ə.Topçubaşov 110 ünvanına gəlib. Burada mühafizəçisi, özü və Ramil Bayramov maşından düşüblər və qarşı tərəflə aralarında mübahisə yaranıb. Mübahisə zamanı Natəvan Şərifova əlindəki pivə butulkasındakı mayeni Faiqin üzərinə atıb və butulka ilə onun çiynindən vurub. Hadisə yerində olan Rüfət Məlikov Ramil Bayramovun qarın nahiyəsindən 1, Azər Musayevin qarın nahiyəsindən 2, Faiq Ağayevə isə 6 bıçaq zərbəsi vurub. Məlikovun yanında olan Seymur Məmmədov mübahisə zamanı Ramil Bayramovu vuraraq, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Bundan sonra isə Faiq Ağayev mühafizəçisi Azər Musayev və Ramil Bayramovu götürərək idarə etdiyi avtomobillə Kliniki Tibbi mərkəzə gəlib.

Xəbər lenti

Xəbər lenti