...

Azərbaycanda ABŞ Təhsil Yarmarkası keçiriləcək

Cəmiyyət Materials 8 Oktyabr 2010 17:37 (UTC +04:00)
Azərbaycanda "ABŞ Təhsil Yarmarkası - 2010" adlı yarmarka keçiriləcək. Trend-in ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, yarmarka oktyabrın 10-da Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzində keçiriləcək.
Azərbaycanda ABŞ Təhsil Yarmarkası keçiriləcək

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda "ABŞ Təhsil Yarmarkası - 2010" adlı yarmarka keçiriləcək. Trend-in ABŞ-ın Azərbaycandakı səfirliyinə istinadən verdiyi məlumata görə, yarmarka oktyabrın 10-da Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzində keçiriləcək.

Yarmarkada Amerikanın tanınmış ali məktəblərinin, o cümlədən Cənubi Karolina Universiteti, "Talsa" Universiteti, "The New York Plattsburg" Dövlət Universiteti, "Linn" Universiteti, "Hult International" Biznes Məktəbi və "Bergen Community" Kollecinin nümayəndələri iştirak edəcəklər. Bundan əlavə, ABŞ-da təhsil almaqla məşqul olan yerli və beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən Bakı Təhsil İnformasiya Mərkəzi, "American Councils" (Amerika Şurası) və IREX bu ölkənin təhsil proqramlarına aid sualları cavablandıracaqlar.

Səfirliyin məlumatında o da qeyd olunub ki, son bir neçə il ərzində ABŞ-da təhsil alan gənc azərbaycanlıların sayının artması Amerikadakı təhsilin vacibliyini göstərir.

ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson bildirib ki, azərbaycanlı gənclər ən yaxşı təhsil imkanlarını axtarırlar. "ABŞ isə dünyanın ən yüksək standartlarına malik ali təhsil təklif edir. ABŞ-da təhsil almaq məqsədilə təhsil vizasını almaq üçün müraciət edən gənc azərbaycanlıların sayı son iki il ərzində 14 faiz artıb", - Devidson əlavə edib.

Xəbər lenti

Xəbər lenti