...

Azərbaycanlı gimnastlar İtaliyadakı klub çempionatında iştirak edirlər

Cəmiyyət Materials 26 Oktyabr 2010 12:12 (UTC +04:00)
Azərbaycanlı gimnast Anna Qurbanova hər il İtaliyada keçirilən klub çempionatında iştirak edir. Çempionatın ilk turu Desio şəhərində keçirilir. Bu barədə çərşənbə axşamı Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətindən məlumat verilib.
Azərbaycanlı gimnastlar İtaliyadakı klub çempionatında iştirak edirlər

Аzərbaycan, Bakı, 26 oktyabr /Trend/

Azərbaycanlı gimnast Anna Qurbanova hər il İtaliyada keçirilən klub çempionatında iştirak edir. Çempionatın ilk turu Desio şəhərində keçirilir. Bu barədə çərşənbə axşamı Azərbaycan Gimnastika Federasiyası mətbuat xidmətindən məlumat verilib.

Qurbanova ən güclü komandalar qrupunda, yəni A1 seriyasında çıxış edir. Bir il əvvəl olduğu kimi, o, yenidən "Komense 1872" klubunu müdafiə edir.

Ötən turda gimnastımıza lentlə çıxış etmək həvalə olunmuşdu. Yarışın nəticələrinə görə, o, yüksək - yəni 26,05 bal əldə etmişdi.

Qurbanovanın klubu 26 xal toplayaraq, hələlik 9-cu yerdədir, liderlərdən 15 bənd geri qalır.

Məlumatda bildirilir ki, İtaliyanın Aretso şəhərində noyabrın 6-da keçiriləcək klub çempionatının ikinci turunun iştirakçılarına digər azərbaycanlı gimnast - Aliyə Qarayeva da qoşulacaq.

O, bir dərəcə aşağı, yəni А2 seriyasında çıxış edərək, "Pitmika" komandasının tərkibində yarışacaq. Birinci turdan sonra Qarayevanın klubu 36 xalla 3-cü yeri tutur.

İtaliya çempionatının mərhələləri arasındakı fasilədə Qarayeva və Qurbanova Qran-pri finalında çıxış edəcəklər. Bu yarışdakı həlledici mərhələ oktyabrın 30-31-də Berlində keçiriləcək.

Xəbər lenti

Xəbər lenti