...

Moskva dünyanın rusdilli məkanını birləşdirəcək – Sergey Narışkin

Cəmiyyət Materials 1 Noyabr 2010 16:40 (UTC +04:00)
Moskva dünyanın rusdilli məkanını birləşdirmək üçün tədbirlər görmək niyyətindədir. Bu barədə Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin deyib.
Moskva dünyanın rusdilli məkanını birləşdirəcək – Sergey Narışkin

Rusiya, Moskva, 1 noyabr /Trend, müxbir E.Hüseynov/

Moskva dünyanın rusdilli məkanını birləşdirmək üçün tədbirlər görmək niyyətindədir. Bu barədə Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin deyib.

"Biz bundan sonra da rusdilli əhalinin birliyinə yönələn layihəni dəstəkləyəcəyik", - o, bazar ertəsi Moskvada rusdilli radiostansiyaların II Beynəlxalq festivalının açılışında qeyd edib.

Festival oktyabrın 31-dən noyabrın 3-dək Moskvada Beynəlxalq Rusdilli Yayımlar Birliyi və "Rusiyanın səsi" radio şirkəti tərəfindən Qəzet və Kütləvi Kommunikasiyalar üzrə Federal Agentlik və MDB Ölkələrinin Dövlətlərarası Beynəlxalq Humanitar Fondunun dəstəyi ilə keçirilir.

Festivala MDB, Avropa, Asiya ölkələrinin və ABŞ-ın çoxsayllı rusdilli dövlət və kommersiya radiostansiyalarının nümayəndələri dəvət olunub. Layihədə dünyanın 20-dən çox ölkəsinin nümayəndələri iştirak edirlər. Onların hamısını işdə rus dilindən istifadə və hazırda Rusiya və dünyadakı rus diasporlarının həyatının bütün aspektlərinə prioritet maraq birləşdirir.

Narışkin indi dünyada rusdilli yayımların 8-10 milyon dinləyicisinin olduğunu qeyd edərək, bir il bundan əvvəl yaradılan Beynəlxalq Rusdilli Yayımlar Birliyi çərçivəsində tərəfdaşlıq müzakirələrini fəallaşdırmağa çağırıb.

Ötən il baş tutan və Rusiyanın Xarici yayımının 80 illiyinə həsr olunan dünyanın rusdilli radiostansiyalarının ilk beynəlxalq festivalı göstərdi ki, iştirakçılar müxtəlif ölkələrin jurnalist birlikləri ilə sıx əməkdaşlığın qurulmasına və qarşılıqlı əlaqələrin peşəkar əməkdaşlıq səviyyəsinə keçirilməsinə açıq-aşkar ehtiyac duyurlar.

Məhz bu məqsədlə birinci festival iştirakçılarının qərarı ilə Rusiya Prezidenti Dmitri Medvedevin dəstəyini qazanan Beynəlxalq Rusdilli Yayımlar Birliyinin yaradıldı. Birliyin məqsədi birgə layihələrin yaradılması, xarici rusdilli media cəmiyyətini və tərəfdaşların hüquqi dəstəyini birləşdirməkdir.

Bu günlərdə keçirilən festivalda internet portalı şəbəkəsində rusdilli radioları təmsil edən Beynəlxalq Rusdilli Yayımlar Birliyinin üzvləri üçün dünyanın 30-dan çox ölkəsində tele və onlayn kanalların yaradılmasını nəzərdə tutan layihə təqdim olunacaq. Portal MDB və digər ölkələrin ərazilərində rusdilli KİV-lər arasında qarşılıqlı fəaliyyətin işlək mexanizmi olmalıdır.

Portalda birlik üzvləri arasında mübadilə üçün radioproqramların yerləşdirilməsi planlaşdırılır, yayımlayıcı tərəfdaşların proqram, operativ reportaj, müsahibə, foto və videosüjetləri sifariş etmək imkanı olacaq.

Portalda xaricdəki rus diasporları haqqında xəbər və süjetlər nəşr ediləcək, birgə yaradıcılıq layihələri yaradılacaq, xaricdə rusdilli yayımın inkişafı yolunda inzibati və lisenziya maneələrinin aradan qaldırılması məqsədilə hüquqi və məşvərətçi yardımın göstərilməsi üçün materiallar yerləşdiriləcək.

Layihə rusdilli xarici KİV nümayəndələrinə ümumi rusdilli mədəni məkanı saxlamağa imkan verən, dünyadakı rusdilli yayıma kömək etmək, qohum KİV-lər arasında sıx əlaqələr yaratmaq və rus dili və rus mədəniyyətinin populyarlaşdırılmasına xidmət etmək üçün qarşılıqlı humanitar əlaqələri inkişaf etdirmək məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti