...

Azərbaycan alimləri qafqazşünasların ikinci beynəlxalq konqresinin işində iştirak edirlər

Cəmiyyət Materials 9 Noyabr 2010 13:08 (UTC +04:00)
Bu gün Cavaxişvili adına Tbilisi Dövlət Universitetində qafqazşünasların ikinci beynəlxalq konqresi keçirilir.
Azərbaycan alimləri qafqazşünasların ikinci beynəlxalq konqresinin işində iştirak edirlər

Gürcüstan, Tbilisi, 9 noyabr

/Trend, müxbir N.Kirsxaliya/

Bu gün Cavaxişvili adına Tbilisi Dövlət Universitetində qafqazşünasların ikinci beynəlxalq konqresi keçirilir.

Konqresdə Tbilisi Dövlət Universitetinin rektorunun səlahiyyətlərini icara edən Aleksandr Kvitaşvili, Təhsil və Elm Nazirliyinin nümayəndələri və müxtəlif ölkələrdən gələn qafqazşünaslar iştirak edirlər.

Dördgünlük konqresin təşkilatçısı Tbilisi Dövlət Universitetinin humanitar fakültəsi, Qafqazşünaslıq İnstitutu və Arnold Çikobayev adına Dilçilik İnstitutudur. Konqresin məqsədi alimlər arasında münasibətlərin dərinləşdirilməsi, "Vahid Qafqaz evi" və dinc yanaşı yaşama ideyalarının inkişafıdır. Konqresdə Azərbaycan, Ermənistan, Türkiyə və Rusiyanın, eləcə də Avropa, Asiya və Amerika ölkələrinin elmi tədris mərkəzlərinin nümayəndələri iştirak edirlər. Konqresdə 220 məruzəçinin çıxışı planlaşdırılıb.

Qafqazşünasların birinci beynəlxalq konqresi 2007-ci il oktyabrın 22-26-da keçirilib. Tbilisi Dövlət Universitetinin Qafqazşünaslıq İnstitutu birinci beynəlxalq konqresin materialları əsasında üç dildə nəşr olunan "Qafqazşünasların tədqiqatları" beynəlxalq elmi jurnalı təsis edib.

Qafqazşünasların ikinci beynəlxalq konqresi cümə gününədək davam edəcək.


Xəbər lenti

Xəbər lenti