Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir Z.Əhmədova/
Azərbaycanda əlavə təhsilin tətbiqi ilə əlaqədar Nazirlər Kabineti tərəfindən təsdiqlənən innovasiyalar, təhsilin keyfiyyətinin inkişafı və artırılması üzrə xüsusi sənəd hazırlanıb.
Sənəd orta və ali təhsildən sonra əlavə təhsilin alınmasını nəzərdə tutur. Bu barədə təhsil naziri Misir Mərdanov bu məsələyə həsr olunmuş mətbuat konfransında bildirib.
"Hər birimizin bütün həyatımız boyu bu və ya digər dərəcədə əlavə təhsil almağa ehtiyacımız var", - nazir deyib.
Əsas məqsədi pedaqoqların peşə səviyyəsinin artırılması olan sənəd tanışlıq üçün müəllimlər arasında paylanıb.
Nazir onu da əlavə edib ki, bu gün Azərbaycanın orta və ali məktəblərində müəllimlərin ixtisasının artırılması məsələsi problem olaraq qalır. O qeyd edib ki, bununla əlaəqdar Azərbaycan əlavə təhsilin əldə olunması sahəsində beynəlxalq, eləcə də MDB ölkələrinin təcrübəsini öyrənmək fikrindədir.