...

KİVDF-nin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə jurnalistlər üçün yazı müsabiqəsi davam edir

Cəmiyyət Materials 10 Noyabr 2010 15:32 (UTC +04:00)
Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə Azərbaycan rabitəsinin yaranmasının 129 illiyi ilə əlaqədar jurnalistlər üçün yazı müsabiqəsi elan edib
KİVDF-nin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə jurnalistlər üçün yazı müsabiqəsi davam edir

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir T.Hacıyev/

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu CRabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə Azərbaycan rabitəsinin yaranmasının 129 illiyi ilə əlaqədar jurnalistlər üçün yazı müsabiqəsi elan edib.

Fondun çərşənbə günü yaydığı məlumatda bildirilir ki, müsabiqənin məqsədi Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən proseslərin geniş ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdan, İKT sahəsində ixtisaslaşmış jurnalistlər qrupunun formalaşmasına dəstək göstərməkdən, İKT mövzusunun mediada geniş şəkildə işıqlandırılmasına şərait yaratmaqdan ibarətdir.

Müsabiqəyə İKT-nin mediada rolu, Azərbaycan poçtunun dünəni və bu günü, İKT-nin cəmiyyətdə rolu və internetin həyatımızda rolu mövzularında yazılar təqdim olunmalıdır.

Müsabiqənin qalibləri - I yer noutbuk və printer, II yer noutbuk, III yer 3G mobil telefonu, həvəsləndirici mükafat - rəqəmsal diktofon ilə mükafatlandırılacaqlar.

Yazılar dekabrın 1-dək Fonda təqdim olunmalıdır.

Xəbər lenti

Xəbər lenti