...

İranda İƏT ölkələrinin çap və qablaşdırma sənəti üzrə II Beynəlxalq sərgisi keçiriləcək

Cəmiyyət Materials 19 Noyabr 2010 11:00 (UTC +04:00)
İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO - İƏT) üzv ölkələrin çap və qablaşdırma sənəti üzrə II Beynəlxalq sərgisi 2011-ci ildə (PECO 2011) İranda keçiriləcək.
İranda İƏT ölkələrinin çap və qablaşdırma sənəti üzrə II Beynəlxalq sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir T.Cəfərov/

İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO - İƏT) üzv ölkələrin çap və qablaşdırma sənəti üzrə II Beynəlxalq sərgisi 2011-ci ildə (PECO 2011) İranda keçiriləcək. Bunu İranın Çap sənətinin inkişafına dəstək birliyinin sədri Cəlal Zəkayi deyib. Məlumatı cümə günü İranın MEHR xəbər agentliyi yayıb.

Zəkayinin sözlərinə görə, İƏT-ə üzv ölkələrin çap və qablaşdırma sənəti üzrə I Beynəlxalq sərgisi 2009-cu ildə İranın Məşhəd şəhərində keçirilib. "PECO sərgisi bundan sonra hər iki ildən bir təşkil olunacaq və ikinci sərginin də İran şəhərlərindən birində keçirilməsi nəzərdə tutulub", - Zəkayi deyib.

O əlavə edib ki, sərginin təşkilində məqsəd qonşu ölkələrin çap sənəti ilə tanışlıq və çap işləri sahəsində əməkdaşlığın artırılmasıdır. Sərgidə İƏT ölkələrində çap işləri ilə məşğul olan şirkətlər iştirak edə bilərlər.

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir.

İƏT-in kənd təsərrüfatı sahəsi, sənaye əməkdaşlığı, nəqliyyat və rabitə, infrastruktur və ictimai işlər, elm, təhsil və mədəniyyət, energetika, narkotik maddələrin yayılmaması məsələləri üzrə fəaliyyət göstərən 8 texniki komitəsi var. Komitələr ildə bir dəfə toplanır. İƏT Nazirlər Şurası da ən azı ildə bir dəfə yığıncaq keçirir.

1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında İƏT BMT-də, 1994-cü ildə isə İslam Konfransı Təşkilatında müşahidəçi statusu alıb. İran, Azərbaycan, Türkiyə, Pakistan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan, Qazaxıstan və Əfqanıstan İƏT-ə üzv ölkələrdir.

Xəbər lenti

Xəbər lenti