...

Azərbaycan və Livan gənclər və idman sahəsində əməkdaşlığı genişləndirəcəklər

Cəmiyyət Materials 19 Noyabr 2010 14:06 (UTC +04:00)
Azərbaycan və Livanın gənclər və idman nazirləri cümə günü gənclər və idman sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Azərbaycan və Livan gənclər və idman sahəsində əməkdaşlığı genişləndirəcəklər

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir М.Əliyev/

Azərbaycan və Livanın gənclər və idman nazirləri cümə günü gənclər və idman sahəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

Görüş zamanı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ölkədə gənclər və idman sahəsində aparılan işlər barədə məlumat verib. Onun sözlərinə görə, hazırda Azərbaycanda 11 olimpiya idman kompleksi tikilir. "Azərbaycan regionlarında idmanın inkişafına xüsusi diqqət ayırılır", - Rəhimov deyib.

Livanın gənclər və idman naziri Əli Hüseyn Abdullah görüş zamanı qeyd edib ki, son illər Livanda idmanın inkişafına xüsusi diqqət yetirilir. Livanlı nazir öz ölkəsində gənclər və idman sahəsində aparılan işlər barədə məlumat verib. Abdullah qeyd edib ki, Livan tərəfi gənclər və idmanın inkişafı sahəsində Azərbaycanın təcrübəsindən faydalanmaq istərdi.

Livanlı nazir cümə axşamı Azərbaycana gəlib. Səfər zamanı o, həmçinin Azərbaycanın təhsil naziri ilə görüşməyi və bu sahədə əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırır.

Xəbər lenti

Xəbər lenti