İranın nüvə fizikasının banilərindən biri Əbülqasim Qələmsiyah 90 yaşında İranda vəfat edib və bu gün dəfn olunub. Bu barədə IRIBNews telekanalının rəsmi saytı məlumat verib.
İranın nüvə fizikasının banilərindən biri Əbülqasim Qələmsiyah ömrünün 50 ilindən çoxunu bu elmə həsr edib və İranın nüvə tədqiqatları ilə məşğul olan bir çox alimin müəllimi olub. Bu barədə İİR Nüvə Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi dəfn mərasimində bildirib.
Qələmsiyah İranın Nüvə Enerjisi Təşkilatı yanında aparıcı məsləhətçilərdən biri olub. O, nüvə fizikası üzrə 10 kitabın, o cümlədən məktəblər üçün dərsliklərin və çoxlu sayda elmi məqalələrin müəllifidir.