...

Azərbaycanda əsasən aparıcı KİV-in nümayəndələri evlə təmin olunacaqlar

Cəmiyyət Materials 3 Dekabr 2010 11:53 (UTC +04:00)
Azərbaycanda əsasən aparıcı KİV-in nümayəndələri evlə təmin olunacaq. Bunu cümə axşamı Trend-ə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib.
Azərbaycanda əsasən aparıcı KİV-in nümayəndələri evlə təmin olunacaqlar

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda əsasən aparıcı KİV-in nümayəndələri evlə təmin olunacaq. Bunu cümə axşamı Trend-ə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli bildirib.

"Azərbaycanda jurnalistlər üçün tikiləcək binada əsasən aparıcı mediaların nümayəndələri evlə təmin olunacaq. Ele kriteriyalar seçiləcək ki, qeyri-peşəkar jurnalistlər ora sənəd verməsinlər", - Səfərli əlavə edib.

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 22-də mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında sərəncam imzalayıb. Sərəncamda Azərbaycan mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna beş milyon manat vəsait ayrılması qeyd olunur.

Səfərli bildirib ki, binanın tikintisi üçün layihə hazırdır.

"Sadəcə texniki məsələlər qalıb. Bu məsələlər həll olunduqdan sonra jurnalistlər fərdi qaydada öz sənədlərini təqdim edəcəklər", - Səfərli əlavə edib.

Evlərin tikilməsi üçün Bayıl qəsəbəsində 50 sot torpaq sahəsi ayrılıb.

Xəbər lenti

Xəbər lenti