...

Azərbaycan Məzunları Assosiasiyası "Contex" jurnalının ikinci buraxılışını nəşr edib

Cəmiyyət Materials 4 Dekabr 2010 15:39 (UTC +04:00)
ABŞ-da təhisl almış Azərbaycan Məzunları Assosiasiyası “Contex” jurnalının ikinci buraxılışını nəşr edib.
Azərbaycan Məzunları Assosiasiyası "Contex" jurnalının ikinci buraxılışını nəşr edib

Azərbaycan, Bakı, 4 dekabr/Trend, müxbir A.Axundov/

ABŞ-da təhisl almış Azərbaycan Məzunları Assosiasiyası "Contex" jurnalının ikinci buraxılışını nəşr edib.

"Jurnalı Bakıda və Assosiasiyanın www.aaa.org.az saytında əldə etmək mümkündür, lakin yaxın vaxtlarda jurnalı Azərbaycanın regionlarında da əldə etmək mümkün olacaq", - şənbə günü buraxılışın təqdimatında Assosiasiyanın prezidenti Ceyhun Kərimov deyib.

Onun sözlərinə görə, jurnalın növbəti buraxılışını 2011-ci ilin martında nəşr edilməsi planlaşdırılır.

"Contex" jurnalı müasir siyasət, əksər fənnlər və nəzəri aspektlər üzrə analitik işləri özündə birləşdirir. Jurnal ABŞ-da təhsil almış Azərbaycan tələbələrinə öz təcrübələrini bölüşmək, Azərbaycandakı maraqlı tərəflərə tövsiyələr vermək üçün imkanlar verir.

Jurnalın ikinci buraxılışına Azərbaycanda ekoloji problemlərin həlli, alternativ enerji mənbələri, şəhərlərin yenidən qurulması və ölkədə Avro-2 standartına keçidlə bağlı məqələlər daxildir.

Xəbər lenti

Xəbər lenti