...

Sabahdan Azərbaycanda Məhərrəm ayı başlayır

Cəmiyyət Materials 6 Dekabr 2010 10:40 (UTC +04:00)
Dekabrın 7-də Azərbaycanda Məhərrəm ayı başlayır.
Sabahdan Azərbaycanda Məhərrəm ayı başlayır

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir T.Cəfərov/

Dekabrın 7-də Azərbaycanda Məhərrəm ayı başlayır.

Qafqaz Müsəlmanları İdarəsindən bazar ertəsi Trend-ə bildiriblər ki, Aşura günü dekabrın 16-da olacaq.

Hər il olduğu kimi bu il də Aşura günü məscidlərdə, ibadət ocaqlarında ictimai asayiş qaydalarına riayət edilməklə keçiriləcək, təziyə məclislərində Kərbala şəhidlərinin ruhuna xütbələr oxunacaq.

Məhərrəm ayı Hicri-qəməri təqvimlə İslam dininin birinci ayıdır. Bu ayın Aşura günündə İmam Hüseyn əleyhissalam və yaxınları Yəzid ibn Müaviyyənin qoşunları tərəfindən qətlə yetirilib.

Aşura günü Azərbaycanın bütün ərazisində qanvermə aksiyası təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti