...

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş klipin təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Dekabr 2010 17:02 (UTC +04:00)
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə bəstələnmiş "Mübariz olaq" mahnısının klipinin təqdimatı keçirilib.
Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş klipin təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə bəstələnmiş "Mübariz olaq" mahnısının klipinin təqdimatı keçirilib. Sözləri Sürəyya Küskünə, musiqisi Arif Səlimova məxsus mahnını "Karvan" qrupu ifa edib.

"Astoriya" muğam ocağında keçirilən təqdimat mərasimində Azərbaycanın mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və Milli Qəhrəmanın yaxın qohumları iştirak ediblər. Bildirilib ki, dekabr ayının sonunda Milli Qəhrəmanın doğulub boya-başa çatdığı Biləsuvar rayonunda da klipin təqdimatı keçiriləcək.

Təqdimat mərasimində Milli Qəhrəman Mübariz İbrahimovun keçdiyi döyüş yolundan söz açılıb və onun Azərbaycanın hərb və qəhrəmanlıq tarixində yeni səhifə açdığı qeyd olunub.

Daha sonra vətənpərvərlik sahəsində gördüyü işlərə görə "Mətbuat" şirkəti tərəfindən təsis olunan, Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş "Mübariz olaq" mükafatı qaliblərə təqdim olunub.

Gizir Mübariz İbrahimov bu il iyunun 18-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 22 iyul tarixli sərəncamına əsasən, Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin qorunmasında müstəsna xidmətlərinə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.

Xəbər lenti

Xəbər lenti