...

Azərbaycanda məktəblilərin geyim formasına qoyulan məhdudiyyət tərbiyəvi xarakter daşıyır - deputat

Cəmiyyət Materials 9 Dekabr 2010 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir M.Əliyev/

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Asəf Hacıyev hesab edir ki, Azərbaycanda məktəblilərin geyim formasına qoyulan məhdudiyyət tərbiyəvi xarakter daşıyır.

"Orta məktəbdə şagirdlər arasında geyim baxımından fərq qoyulmamalıdır", - Hacıyev cümə axşamı Trend-ə bildirib.

Sentyabrın 15-dən etibarən Azərbaycanda I-IV sisnif şagirdləri arasında vahid məktəbli formasına keçid başlayıb. İbtidai siniflərdə oxuyan oğlanlar üçün məktəbli forması göy rəngli pencək və şalvardan, eyni rəngli jiletdən, ağ köynəkdən, qızlar üçün isə ağ kolqotkadan, ağ-qara damalı yubkadan, tünd qırmızı jilet və ağ köynəkdən ibarətdir. Ötən aydan etibarən məktəbli qızların təhsil müəssisələrinə hicabda gəlmələri qadağan olunub.

Millət vəkilinin sözlərinə görə, bəzi şagirdlərin bahalı paltar geyinməsi ucuz geyimli uşaqların psixologiyasına mənfi təsir göstərə bilər.

"Lakin ali məktəbə artıq formalaşmış bir insan daxil olur. Bu səbəbdən ali məktəbdə vahid forma tətbiq etməyə ehtiyac yoxdur", - Hacıyev bildirib.

Xəbər lenti

Xəbər lenti