...

Azərbaycan Parlamentinin komitə sədri media məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin ombudsmana verilməsinin tərəfdarıdır

Cəmiyyət Materials 11 Dekabr 2010 09:00 (UTC +04:00)
Azərbaycan Parlamentinin İnsan hüquqları komitəsinin sədri media ombudsmanının səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilə verilməsinin tərəfdarıdır.
Azərbaycan Parlamentinin komitə sədri media məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin ombudsmana verilməsinin tərəfdarıdır

Azərbaycan, Bakı, 10 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Parlamentinin İnsan hüquqları komitəsinin sədri media ombudsmanının səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilə verilməsinin tərəfdarıdır.

"Ombudsman institutu inkişaf etməkdə olan bir təsisatdır və insan hüquqlarının qorunması sahəsində əldə olunan bütün uğurların müəyyən hissəsi də ombudsman təsisatının fəaliyyəti ilə əlaqədardır. Ombudsman institutunun səlahiyyətlərinin genişləndirilməsi sözsüz ki, təbii haldır. Bu, işgəncələr və digər qəddar hallarla əlaqədar konvensiyaya, onun müddəalarına və fakültativ protokollarına əsaslanır", - cümə günü Trend-ə parlament komitəsinin sədri Rəbiyyət Aslanova bildirib.

Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin dekabrın 8-də keçirilən birgə iclasında informasiya məsələləri üzrə müvəkkillin səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilə (ombudsmana) verilməsi barədə dəyişikliyi nəzərdə tutan qanun layihəsi müzakirə olunub.

Mətbuat Şurası media məsələləri üzrə müvəkkilin səlahiyyətlərinin insan hüquqları üzrə müvəkkilə verilməsinin qarşısının alınması üçün Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

Komitə sədri qeyd edib ki, gələcəkdə nə olacağı, Mətbuat Şurasının müraciəti və digər məsələlər Azərbaycan Prezidentinin səlahiyyətində olan məqamdır.

"Biz konstitusiya qanunu qəbul edirik. Qanunvericiliyə əsasən, əgər Milli Məclisin komitəsindəki müzakirələrdən keçərsə və plenar iclas təsdiq edərsə, konstitusiya qanunu qəbul olunur və altı aydan sonra qüvvəyə minir. Bu günə qədər bizə təqdim olunan budur. Burada millət vəkillərinin fikirləri və mülahizələri də öz rolunu oynayacaq", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti