...

"Azərsun Holdinq" ümumilli lider Heydər Əliyevin xatirəsini yad edib (FOTO)

Cəmiyyət Materials 13 Dekabr 2010 16:05 (UTC +04:00)
Azərbaycan xalqının dahi oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyevin vəfatının yeddinci ildönümü bütün Azərbaycan xalqı, təşkilat və institutları kimi "Azərsun Holdinq" tərəfindən də yad edilib.
"Azərsun Holdinq" ümumilli lider Heydər Əliyevin xatirəsini yad edib (FOTO)

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycan xalqının dahi oğlu, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyevin vəfatının yeddinci ildönümü bütün Azərbaycan xalqı, təşkilat və institutları kimi "Azərsun Holdinq" tərəfindən də yad edilib. Bu barədə məlumatı bazar ertəsi holdinqin mətbuat xidməti yayıb.

Holdinqin idarə heyətinin sədri Abdulbari Gözəlin iştirakı ilə şirkətlər qrupunun kollektivi Fəxri xiyabanda ümummilli liderin məzarını ziyarət edərək əklil qoyub, məzarı önünə tər çiçəklər düzüb.

Daha sonra "Azərsun Holdinq"in rəhbəri Abdulbari Gözəl müasir müstəqil dövlətimizin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim Heydər Əliyevlə bağlı xatirələrindən danışıb.

O qeyd edib ki, Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının dirçəlməsinə, yerli şirkətlərin formalaşıb inkişaf etməsinə göstərdiyi qayğı bu gün ölkə iqtisadiyyatına böyük töhfələr verir. Gözəl onu da bildirib ki, vəfatının yeddinci ildönümündə dərin hörmət və ehtiramla yad edilən ulu öndərin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq.

Ümummilli lider Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.

Xəbər lenti

Xəbər lenti