...

Bakının "İnter" klubunun prezidenti Birlik Kuboku üzrə püşkatmanın nəticələrini şərh edib

Cəmiyyət Materials 14 Dekabr 2010 16:05 (UTC +04:00)
Azərbaycanın "İnter" futbol klubunun prezidenti qrup üzrə tanış olmayan rəqiblərdən ehtiyatlanır.
Bakının "İnter" klubunun prezidenti Birlik Kuboku üzrə püşkatmanın nəticələrini şərh edib

Azərbaycan, Bakı, 14 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın "İnter" futbol klubunun prezidenti qrup üzrə tanış olmayan rəqiblərdən ehtiyatlanır.

İlk baxışdan "İnter"in payına çox da güclü olmayan rəqiblər düşüb, lakin nəzərə almaq lazımdır ki, tanış olmayan rəqiblər hamıdan təhlükəlidir. Bu barədə Trend-ə çərşənbə axşamı klubun prezidenti Georgi Nikolov deyib.

"Biz rəqiblərə hörmət və ehtiyatla yanaşmalıyıq", - Nikolov qeyd edib.

Püşkatmanın nəticələrinə görə, Azərbaycanı Birlik Kubokunda təmsil edən "İnter" futbol klubu "A" qrupunda oynayacaq. Qrupa "İskra-Stal" (Moldova), "İstiqlal" (Tacikistan) və "Neftçi" (Qırğızıstan) komandaları da daxildir.

Birlik Kubokuna yanvarın ikinci rübündə start veriləcək.

Klub prezidenti hesab edir ki, bu klublar məğlubedilməz rəqib deyillər. "Biz ümid edirik ki, qrupda birinci yeri tutacağıq ki, bu da bizə dörddə bir finalda daha əlverişli imkanlar verəcək", - "İnter" klubunun prezidenti vurğulayıb.

Nikolovun sözlərinə görə, optimal tərkibdə çıxış edəcəkləri təqdirdə, Rusiyanın "Zenit" və Kiyev "Dinamo"su güclü rəqiblərdir.

Buna kimi Birlik Kubokuna altı dəfə Moskvanın "Spartak", beş dəfə Kiyevin "Dinamo" klubları sahib olub. İki dəfə qələbəni Azərbaycan klubları - "Neftçi" və "Xəzər-Lənkəran", daha iki dəfə isə Moldovanın "Şerif" klubu qeyd ediblər. Bu kuboka hərəsi bir dəfə olmaqla Tbilisinin "Dinamo" və Daşkəndin "Paxtakor" klubları da sahib olublar.

Xəbər lenti

Xəbər lenti