...

Azərbaycan Diplomatik Akademiyasında "Azərbaycan müstəqillikdən sonra" kitabının təqdimat mərasimi keçirilib (FOTO)

Cəmiyyət Materials 14 Dekabr 2010 19:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Azərbaycan Diplomatik Akademiyasında (ADA) ABŞ-ın tanımmış Con Hopkins Universitetinin professoru, Orta Asiya və Qafqaz üzrə ekspert Svante Kornelin "Azərbaycan müstəqillikdən sonra" kitabının təqdimat mərasimi keçirilib. Bu barədə çərşənbə axşamı Trend-ə akademiyadan məlumat verilib.

Tədbiri giriş sözü ilə açan ADA-nın rektoru Hafiz Paşayev qeyd edib ki, Svante Kornel uzun müddətdir regionla bağlı araşdırma aparır. Onun ilk kitabı bütün Qafqazı əhatə etsə də, son işi sırf Azərbaycana həsr olunub. Xarici işlər nazirinin müavini Hafiz Paşayev bildirib ki, ölkəmiz haqqında yazılan yeni kitab ABŞ-da Azərbaycan ilə maraqlanan siyasətçilər, tədqiqatçılar və geniş oxucu kütləsi üçün maraqlı mənbə olacaq.

"Azərbaycan müstəqillikdən sonra" kitabının müəllifi Svatne Kornel bildirib ki, bu, onun kitabının ümumiyyətlə ilk təqdimat mərasimidir və bu tədbirin ADA-da keçirilməsi onun üçün xüsusi önəm daşıyır.

"Azərbaycan müstəqillikdən sonra" kitabında Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın cəmiyyəti, iqtisadiyyatı, daxili siyasi prosesləri, xarici siyasəti barədə məlumatlar yer alıb.

Xəbər lenti

Xəbər lenti