...

Azərbaycanın ali futbol qurumu hakimlərin idarə etdikləri matçlara münasibətlərindən narazıdır

Cəmiyyət Materials 21 Dekabr 2010 13:42 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) hakimlərin idarə etdikləri oyunlara münasibətlərindən narazıdır.
Azərbaycanın ali futbol qurumu hakimlərin idarə etdikləri matçlara münasibətlərindən narazıdır

Azərbaycan, Bakı, 21 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) hakimlərin idarə etdikləri oyunlara münasibətlərindən narazıdır.

"Azərbaycan çempionatı yaxşı səviyyədə təşkil olunub, lakin hakimlərin matçlara münasibəti daha yaxşı ola bilərdi", - AFFA-nın vitse-prezidenti Rauf Əliyev Trend-ə bildirib.

Onun sözlərinə görə, AFFA UEFA-nın xətti ilə hakimlər üçün daim müxtəlif seminarlar keçirir, hər il Türkiyədə yüksək ixtisaslı mütəxəssislərin iştirakı ilə kurslar təşkil edilir. "AFFA tərəfindən hakimlər üçün həm təhsil, həm də maddi planda çox işlər görülür", - Əliyev bildirib. O, qeyd edib ki, əgər ötən illərdə hakimlər bir oyuna görə 200 manat alırdılarsa, hazırda 800 manat alırlar.

"Azərbaycan çempionatında oyunlara təyinat alan hakimlər arasında qarşıdurma məni çox narahat edir. Belə mənfi hallar Azərbaycan futbolunu inkişaf etdirməyəcək. Bu cür hallar futbolçularımızın ruhdan düşməsinə səbəb olur. Hakimlərimiz bəzən özlərini çox pis aparırlar", - AFFA-nın vitse-prezidenti bildirib.

Bu il futbol üzrə Azərbaycanın çempionatının gedişində klub rəhbərləri dəfələrlə hakimlərin penalti təyin etmə və offsayd (oyundan kənar vəziyyət) qeydə alma ilə bağlı qərarlarından şikayətləniblər. Bundan başqa, çempionatın 18-ci turu çərçivəsində keçirilən "Qarabağ və "Muğan" komandaları arasındakı oyununun hakimi saatını düz qurmamaqla kobud səhvə yol verib və birinci hissəni 43-cü dəqiqədə başa vurub. İkinci hissə başlamazdan əvvəl futbolçular həmin iki dəqiqəni oynamalı olublar və yalnız bundan sonra matçın ikinci yarısına başlayıblar.

Xəbər lenti

Xəbər lenti